“Çəkdiyim hər rəsm- həyatima verdiyim bir sual idi”
Eyvazova Kafiyə humanizm, gender problemləri, psixologiya və milli mövzuları tədqiq edərək təsviri incəsənət və dekorativ sənət vasitəsilə öz təcrübə və düşüncələrini vizual ifadə edən dinamik gənc azərbaycanlı rəssamdır. Milli ənənə və müasirlik arasında körpü qurulmasına böyük əhəmiyyət verən Kafiyə əsərlərində mürəkkəb motivləri və canlı rəngləri dərin fəlsəfi vurğu ilə unikal şəkildə birləşdirir.
Çox kiçik yaşlardan rəsm çəkməyə başlayan Kafiyənin professional sənətə ilk addımları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başlayıb, o, Dekorativ Sənətlər üzrə bakalavr dərəcəsini, daha sonra Bədii Xalça ixtisası üzrə magistratura pilləsini bitirib. Onun təhsil axtarışları innovativ kompozisiyalar vasitəsilə Azərbaycan xalçaçılıq ənənələrini canlandırmaq əzmini əks etdirir.
Kafiyənin yaradıcılığında bədii üslubunun əsasını onun rəsm əsərlərinin sırf estetik cəlbediciliyi üstələməsi, humanist, psixoloji və fəlsəfi məsələlərdə empatiya və introspeksiya üçün katalizator kimi xidmət etdiyinə inanması təşkil edir. Çünki bu mövzular mücərrəd xarakter daşıyır və onların eyni zamanda vizual olaraq qavranılması üçün sənətdən istifadə etmək onun yaradıcılığının əsas ilham mənbəyidir. Daha uşaqlıqdan çəkdiyi rəsmlərə çox determenist yanaşması öz təsirini hazırkı bədii yaradıcılığında da daha çox göstərir. Düşüncələrini öncə müəyyən simvollara, daha sonra o simvol və ya rəmzləri stilizə etdiyi motivlərə, naxışlara və formalara çevirərək və ən son addım olaraq onları estetik nizama salaraq öz kompozisiyalarını tamamlayır. Onun tez-tez simmetrik, lakin dərin simvolik kompozisiyalarla səciyyələnən sənət əsərləri eyni zamanda tamaşaçıların milli mədəni irsə də diqqətini çəkməyə çalışır.
Kafiyə həm yerli, həm də beynəlxalq səviyyədə, o cümlədən Azərbaycan Milli Xalça Muzeyində və Bakının müxtəlif nüfuzlu qalereyalarında görkəmli sərgilərdə iştirak etmişdir. Onun Şirvan Folklor Evində “Bahar nəğməsi” adlı ilk fərdi sərgisi Şirvan şəhərində böyük diqqətlə qarşılanmışdı.
Kafiyənin əsərləri London, Hollandiya və yerli şəxsi kolleksiyalarda saxlanılır. 2023-cü ildə o, “Var Yox” komandası tərəfindən təşkil edilən “Decenterelation of her art” layihəsi üçün regionlarda yaşayan qadın rəssamları təmsil edən üç rəssamdan biri seçilib və Azərbaycanda regional müxtəlifliyin təşviqində və yerli bədii yaradıcılığın gücləndirilməsindəki rolunu vurğulayır.
Kafiyə Elfira Məlikovanın “Azərbaycan muzeyşünaslığı (monoqrafiya 2 ci cild” kimi görkəmli nəşrlərdə yer alıb və həmin nəşrdə Kafiyə Eyvazova haqqında və onun müasir üslublu “Birlik” adlı çətən xalçası haqqında bəhs edilir.( Səh.305)
Kafiya həm qrafik dizayner, həm də yaradıcı rəssam kimi fəaliyyət göstərir. 2024-cü ildə o, “Ölümsüzlərdən Ölülərə” adlı kitabın həm illüstrator, həm də üz qabığının tərtibatçısı kimi bacarıqlarını nümayiş etdirmək imkanı qazanmışdı. Həm kitabın içindəki illüstrasiyalara, həm də onun üz qabığının dizaynına töhfə vermək onun üçün maraqlı layihə olmuşdur.
Kafiyə müxtəlif layihələrdə və sərgilərdə iştirakı ilə bədii sərhədləri aşmağa davam edir, ardıcıl olaraq düşündürücü yaradıcılığı ilə mənalı diskurs yaratmağa və yeni perspektivlər ilhamlandırmağa çalışır.
TƏHSİL
Bakalavr, Dekorativ sənət. ADMİU. Diplom – iyun 2021
Magistr, Bədii Xalça .ADMİU. Diplom – Fevral 2024
SƏRGİLƏR
2024-“Her art in action” Gazzeli arthouse. Bakı kuratorlar:Sitarə ibrahimbəyli, Olga Seleznyova, Lesli Qrey
2023- “Decentralization of her art” və “Var Yox” komandasının təşkil etdiyi 7 qadın rəssamın əsərlərindən ibarət sərgi. Nargih Gallery Baku. Azərbaycan. Kurator: Sitarə İbrahimbəyli
2022- “Şuşa ili”nə həsr olunmuş sərgi. ADMIU. Bakı Azərbaycan
2022- ADMIU-nun rəssamlıq fakültəsinin yaradıcılıq işlərindən ibarət “Gümüş Nar Festivalı” sərgisi. ADMIU. Bakı Azərbaycan
2022- ADMIU-nun rəssamlıq fakültəsinin yaradıcılıq işlərindən ibarət “Gümüş Nar Festivalı” sərgisi. ADMIU. Bakı Azərbaycan
2022- “Şuşa ili”nə həsr olunmuş gənclərin əl işlərindən ibarət sərgi. Azərbaycan Milli Xalça Muzeyi. Bakı. Azərbaycan
2022- “Şuşa ili”nə həsr olunmuş gənclərin əl işlərindən ibarət sərgi. Azərbaycan Milli Xalça Muzeyi. Bakı. Azərbaycan
2022-Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Ağ maralın izində” layihəsi. ADMIU. Bakı. Azərbaycan
2018- “Şami Şəbistan” şam sərgisi, Nur Art House, Bakı, Azərbaycan
2017-Baharın rəngləri adlı fərdi sərgi. Şirvan folklor evi. Kurator: Çinarə Ziya
2017-“Misir Azərbaycan uşaqlarının gözü ilə”
2016- “Yaşıl incəsənət” sərgisi, ADRA, Bakı, Azərbaycan