Xalçaçılıq məktəblərimiz
Minilliklər boyu inkişaf edən, ən yaxşı xalça ustalarının təcrübələri ilə daha da zənginləşən Azərbaycan xalça sənəti səkkiz xalça məktəbinə bölünür: Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Naxçıvan, Təbriz.
1. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçaçılıq məktəbi özündə otuzdan artıq müxtəlif ornament və koloritlərin kompozisiya həllini əks etdirir
2. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.
3. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. . Şirvan xalçalarının əsas xüsusiyyətlərindən biri onların geniş ölçülü, yüksək sıxlığa malik olması və bəzi hallarda “dəst-xəli” formasında toxunmasıdır.
4. Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.
5. Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.
6. Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
7. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır.
Qeyd edimki xalça məkteblerini və ya qruplarını sənətşünaslar fərqli sayda bölə bilirlər. İlk dəfə Azərbaycan xalçalarını araşdırıb qrublara ayıran sənətşünas alim və xalçaçı rəssam Lətif Kərimov olmuşdur.
You actually make it seem so easy along with your presentation but I find this
matter to be actually one thing that I think I’d never understand.
It kind of feels too complicated and very extensive for me.
I’m looking ahead in your next publish, I’ll try to get the cling of
it! Escape room
You really make it seem so easy together with your presentation but I
find this matter to be really one thing which I think I’d never understand.
It sort of feels too complex and extremely huge for me.
I’m taking a look ahead in your subsequent publish, I will attempt to get the
cling of it! Escape rooms hub