XALÇAÇILIQ MƏKTƏBLƏRİ

  • Post author:
  • Post category:Blog
  • Post comments:0 Comments

Xalçaçılıq məktəblərimiz   Minilliklər boyu inkişaf edən, ən yaxşı xalça ustalarının təcrübələri ilə daha da zənginləşən Azərbaycan xalça sənəti səkkiz xalça məktəbinə bölünür: Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Naxçıvan, Təbriz. 1. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçaçılıq məktəbi özündə otuzdan artıq müxtəlif ornament və koloritlərin kompozisiya həllini əks etdirir 2. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.  3. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. . Şirvan xalçalarının əsas xüsusiyyətlərindən biri onların geniş ölçülü, yüksək sıxlığa malik olması və bəzi hallarda "dəst-xəli" formasında toxunmasıdır. 4. Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir.    Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir. 5. Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. 6. Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. 7. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Qeyd edimki xalça məkteblerini və ya qruplarını sənətşünaslar fərqli sayda bölə bilirlər. İlk dəfə Azərbaycan xalçalarını araşdırıb qrublara ayıran sənətşünas alim və xalçaçı rəssam Lətif Kərimov olmuşdur.  

Continue ReadingXALÇAÇILIQ MƏKTƏBLƏRİ

AZƏRBAYCANDA “BƏDİİ XALÇA”

  • Post author:
  • Post category:Blog
  • Post comments:3 Comments

      İctimai və şəxsi məişətdə təcrübi əhəmiyyət kəsb edən bədii məmulatlar (qobelen, keramika, naxış tikmə, toxuma, zərgərlik) və tökmə, ağacişləmə, döymə, metalişləmə, cızma, oyma, yandırma, divara naxış çəkmək, bəzək vurma üsullarla işlənmiş əşyaların daxil olduğu dekorativ-tətbiqi sənət nümunələri Azərbaycanda çox qədimdən yaranmışdır. Dekorativ-tətbiqi sənət növünə aid edilən xalçaçılıq xüsusi qeyd olunmalıdır. Qədim yunan filosoflarının qeydləri, arxeoloji qazıntılar Azərbaycan ərazisində yaşayan xalqların xalçaçılığa çox qədimdən meyl etmələrini göstərir. Çünki bu sənətlə məşğul olmaq üçün lazım olan bütün materiallar (yun əldə etmək üçün qoyunçuluq təsərrüfatı, əlvan boyalar hasil etmək üçün isə müxtəlif bitki növləri) burada var idi.       Bizim xalqın özünəməxsus xüsusiyyətlərindən biri xalça toxunmasıdır. Xalça yun, pambıq, ipək və başqa materiallardan hazırlanmış iplərdən ibarətdir; ip nə qədər burulubsa, bir o qədər də möhkəmdir.       Xalqımız  ilk əvvəllər xalçanı  məişət tələbatını ödəmək məqsədilə toxumuş, vaxt keçdikcə bu adi məişət məşğuliyyətindən yüksək sənət səviyyəsinə qaldırmışdır. Azərbaycan Yaxın Şərq, Orta Asiya ölkələri arasında öz xalçaçılıq sənəti ilə məşhurdur. Azərbaycan vaxtilə bizdən ayrılmış Cənubi Azərbaycan da daxil olmaqla, əsrlər boyu o qədər qiymətli xalçalar istehsal etmişdir ki, onlar bu gün dünyanın ən məşhur muzeylərində qorunub saxlanılır. Hazırda Berlinin Perqamon İncəsənət Muzeyində saxlanılan XV əsrdə Qarabağda toxunmuş “Əjdaha və Simurqun vuruşu” adlanan kiçik həcmli süjetli xalça, Londonun Viktoriya və Albert Muzeyində nümayiş etdirilən XVI əsrə aid Ərdəbildə toxunmuş “Şeyx Səfi” adlı xalı dünya incəsənətinin ən nadir nümunələri hesab edilir. Avropa muzeylərində şüşə altında saxlanılan iki əsər hər zaman xüsusi şərtlər altında qorunur. Onlardan biri Luvr Muzeyindəki Leonardo da Vinçinin “Mona Liza” və ya “Cokonda” adlanan əsəri, digəri isə Azərbaycanın o dövr üçün ən böyük ölçülü (56 m2), təkraredilməz kompozisiya, naxış və harmonik rəngə malik “Şeyx Səfi” xalısıdır. Xalçaçılığın tarixi;   Azərbaycanda xalçaçılığın tarixi qədim dövrlərə təsadüf edir. Arxeoloji qazıntılar zamanı e.ə. IV-III minilliyə aid tağalağın, əl iyinin, J. V sümükdən olan əyirici alətin hissələrinin tapılması xalçaçılığın bir sənət kimi geniş yayıldığını sübuta yetirir.          E.ə. IV minilliyə aid həsir izlərinin tapılması isə xovsuz xalçaların əcdadı olan palazların toxunma texnikasını özündə əks etdirən həsirlərdən o dövrdə döşənəcək kimi istifadə edildiyini bildirir. Tədqiqatlar Azərbaycanın Qafqazda xalçaçılıq məktəbi olmasından xəbər verir. Dünyada Qafqaz xalça kompozisiyaları kimi tanınan çeşnilərin 90%-ni Azərbaycan xalça ustalarının yaratdıqları kompozisiyalar təşkil edir. Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir. Orta əsr italyan, holland, flamand rəssamları - Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir etmişlər. Azərbaycan  xalçası bütün tarixi mərhələlərdə öyrənilmiş, tədqiq edilmiş və yazılı mənbələrdə yer alan çoxlu məlumatlar sayəsində əbədiləşdirilmişdir. Yunan tarixçisi Ksenofont (e.ə.…

Continue ReadingAZƏRBAYCANDA “BƏDİİ XALÇA”