AZƏRBAYCANDA “BƏDİİ XALÇA”

  • Post author:
  • Post category:Blog
  • Post comments:7 Comments

      İctimai və şəxsi məişətdə təcrübi əhəmiyyət kəsb edən bədii məmulatlar (qobelen, keramika, naxış tikmə, toxuma, zərgərlik) və tökmə, ağacişləmə, döymə, metalişləmə, cızma, oyma, yandırma, divara naxış çəkmək, bəzək vurma üsullarla işlənmiş əşyaların daxil olduğu dekorativ-tətbiqi sənət nümunələri Azərbaycanda çox qədimdən yaranmışdır. Dekorativ-tətbiqi sənət növünə aid edilən xalçaçılıq xüsusi qeyd olunmalıdır. Qədim yunan filosoflarının qeydləri, arxeoloji qazıntılar Azərbaycan ərazisində yaşayan xalqların xalçaçılığa çox qədimdən meyl etmələrini göstərir. Çünki bu sənətlə məşğul olmaq üçün lazım olan bütün materiallar (yun əldə etmək üçün qoyunçuluq təsərrüfatı, əlvan boyalar hasil etmək üçün isə müxtəlif bitki növləri) burada var idi.

      Bizim xalqın özünəməxsus xüsusiyyətlərindən biri xalça toxunmasıdır. Xalça yun, pambıq, ipək və başqa materiallardan hazırlanmış iplərdən ibarətdir; ip nə qədər burulubsa, bir o qədər də möhkəmdir.

      Xalqımız  ilk əvvəllər xalçanı  məişət tələbatını ödəmək məqsədilə toxumuş, vaxt keçdikcə bu adi məişət məşğuliyyətindən yüksək sənət səviyyəsinə qaldırmışdır.

Azərbaycan Yaxın Şərq, Orta Asiya ölkələri arasında öz xalçaçılıq sənəti ilə məşhurdur. Azərbaycan vaxtilə bizdən ayrılmış Cənubi Azərbaycan da daxil olmaqla, əsrlər boyu o qədər qiymətli xalçalar istehsal etmişdir ki, onlar bu gün dünyanın ən məşhur muzeylərində qorunub saxlanılır. Hazırda Berlinin Perqamon İncəsənət Muzeyində saxlanılan XV əsrdə Qarabağda toxunmuş “Əjdaha və Simurqun vuruşu” adlanan kiçik həcmli süjetli xalça, Londonun Viktoriya və Albert Muzeyində nümayiş etdirilən XVI əsrə aid Ərdəbildə toxunmuş “Şeyx Səfi” adlı xalı dünya incəsənətinin ən nadir nümunələri hesab edilir. Avropa muzeylərində şüşə altında saxlanılan iki əsər hər zaman xüsusi şərtlər altında qorunur. Onlardan biri Luvr Muzeyindəki Leonardo da Vinçinin “Mona Liza” və ya “Cokonda” adlanan əsəri, digəri isə Azərbaycanın o dövr üçün ən böyük ölçülü (56 m2), təkraredilməz kompozisiya, naxış və harmonik rəngə malik “Şeyx Səfi” xalısıdır.

Xalçaçılığın tarixi;

  Azərbaycanda xalçaçılığın tarixi qədim dövrlərə təsadüf edir. Arxeoloji qazıntılar zamanı e.ə. IV-III minilliyə aid tağalağın, əl iyinin, J. V sümükdən olan əyirici alətin hissələrinin tapılması xalçaçılığın bir sənət kimi geniş yayıldığını sübuta yetirir.

         E.ə. IV minilliyə aid həsir izlərinin tapılması isə xovsuz xalçaların əcdadı olan palazların toxunma texnikasını özündə əks etdirən həsirlərdən o dövrdə döşənəcək kimi istifadə edildiyini bildirir.

Tədqiqatlar Azərbaycanın Qafqazda xalçaçılıq məktəbi olmasından xəbər verir. Dünyada Qafqaz xalça kompozisiyaları kimi tanınan çeşnilərin 90%-ni Azərbaycan xalça ustalarının yaratdıqları kompozisiyalar təşkil edir. Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir. Orta əsr italyan, holland, flamand rəssamları – Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir etmişlər.

Azərbaycan  xalçası bütün tarixi mərhələlərdə öyrənilmiş, tədqiq edilmiş və yazılı mənbələrdə yer alan çoxlu məlumatlar sayəsində əbədiləşdirilmişdir. Yunan tarixçisi Ksenofont (e.ə. V əsr), alban tarixçisi Moisey Kalankatuklu (VII əsr), ərəb müəllifləri ət-Təbəri (IX-X əsr), əl-Müqəddəsi (X əsr), İbn Havqəl (X ə.), əl-Məsudi (X əsr), əl-İstəxri (X ə.) kimi salnaməçilər, çin səyyahı Syuan Tszyan (VII əsr), italyan səyahətçisi Marko Polo (XIII əsr), ingilis tacirləri və müxtəlif səfirlər xalqımıza dair verdikləri informasiyalarda xalçalarımız haqqında maraqlı məlumatlar yazmışlar.

        Xalça hər zaman xalqımızın sevimlisi olmuş, yaratdığımız nağıl, şeir, dastan və zərb-məsəllərdə nəzmə çəkilmişdir. Bu qəbildən, “Kitabi Dədə Qorqud” dastanında ipək xalçaların, xalıların adlarına tez-tez rast gəlinir. XII əsr klassik Azərbaycan ədəbiyyatının tanınmış simaları Qətran Təbrizi, Nizami və Xaqaninin əsərlərində qiymətli saplardan toxunmuş ipək xalçalarımız haqqında çoxlu dəyərli məlumatlar verilir.

XV-XVII  əsrlərdə Səfəvilər  dövründə xalça sənəti daha geniş inkişaf etmişdir. Orta əsrlərdə Azərbaycanın demək olarki bütün şəhərlərində xalça toxunmuşdur. Azərbaycanda əlverişli iqlim şəraiti qədim zamanlardan xalçaçılığın inkişafına təkan vermişdir.

Azərbaycan Xalçaçılıq sənəti 16 noyabr 2010-cu il tarixində YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Xalça növləri;

Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xalça və xalça məmulatları sadə toxuculuğa əsaslanan uzun bir təkamül yolu keçərək inkişaf etmişdir. Toxuculuğun ilkin mərhələsini bitki mənşəli xammaldan (qamış, çətən vəs.) sadə keçirtmə üsulu ilə istehsal olunan müxtəlif məmulatlardan görmək olar.Xalça sənətinin yaranması saysız-hesabsız müxtəlif funksiya daşıyan xovsuz xalçaların meydana çıxması ilə əlaqəlidir. Palaz, kilim, cecim, şəddə, vərni, zili, sumax və bir sıra başqa xovsuz xalça nümunələrinin tarixi olduqca qədimlərə gedib çıxır. Bu növ xalçalar hələ insanın köçəri həyat sürdüyü dövrlərə aid olub, köç arabalarının, çadırların üstünün, yan-yörəsinin örtülməsində istifadə olunmuşdur.Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir

MƏNBƏLƏR : Tağıyeva R. Azərbaycan xalçası ensiklopediyası. II cild.
Azərbaycan xalçaları dünya kolleksiyalarında.
Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət.bakı-2010
Dünyamalıyeva S.S. Ornament (tarixi, nəzəriyyəsi, qurulması) Bakı – 2013
Bakı, Şirvan, Quba xalçaları. Bakı. “Ziya”. 2013.
Məmmədov X.S., Əmirəslanov İ.R., Nəcəfov H.N., Mürsəliyev A.A. “Naxışların yaddaşı”. Azərb. Dövlət nəşriyyatı. Bakı, 1981.
Tağıyeva R. Azərbaycan xalçası. Bakı: Elm, 1999.
1. Əfəndiyev R. Azərbaycan dekorativ-tətbiqi sənətləri (Orta əsrlər). Bakı: İşıq, 1976. Kərimov L. Azərbaycan xalçası. I cild B.-L. 1961.

This Post Has 7 Comments

  1. Alberto D. Harris

    magnificent publish, very informative. I wonder why the opposite experts of this sector do not notice this. You must proceed your writing. I am confident, you have a great readers’ base already!

  2. I’m not sure why but this web site is loading extremely slow for me.

    Is anyone else having this problem or is it a problem on my end?
    I’ll check back later on and see if the problem still exists.

  3. Thanks for one’s marvelous posting! I certainly enjoyed reading it, you could be a great
    author. I will be sure to bookmark your blog and will often come back in the foreseeable future.
    I want to encourage one to continue your great job, have a nice morning!

    1. admin

      Thank you for your attention

  4. I was suggested this web site by my cousin. I’m not sure whether this post is written by him as nobody
    else know such detailed about my trouble. You are incredible!
    Thanks!

Bir cavab yazın