Kompozisiyanın adı: Ana Sevgisi

Texnika: akvarel ,kağiz

Ölçü: 50×70

2022-ci il

 

 

Azərbaycan əfsanəsi olan “Hərşənin maralları” əfsanəsindən çox təsirlənərək, işimdə ana sevgisini əks etdirməyə çalışdım. Ana və bala maral təsvirlərinin fonunda insan obrazında ana və bala yerləşdirilib. Düşünürəm ki, heyvanların övladlarına sevgisi insanlarınkından fərqlənmir. Bizə xoş və ya iztirablı duyğuları hiss etdirən beynimiz (amiqdala) heyvani beyin də adlanır, yəni heyvanların zehinlərinin (düşünən beyinlərinin) insanlarınkı qədər inkişaf etməməsi, onların sevmədiyi, üzülmədiyi və digər duyğuları yaşamadığı mənasına gəlmir.