İşin adı: Fəryad

Texnika: qaynar batika (atlas parça üzərində)

Ölçü: 150×130 sm

2019-cu il.

İş qaynar batika texnikasında işlənilib. Yəni  şam əridilərək isti (qaynar) formada istifadə edilir .

Rəsm “Xocalı faciəsi” mövzusunda işlənilib.

Mərkəzdə yerləşən Azərbaycan xəritəsinin içində gizlədilmiş insan təsviri var. Ermənistan ölkəsi tərəfdən çıxmış əl Qarabağ bölgəsinə bıçaq salması eyni zamanda həmin gizlədilmiş insanın kürəyindən bıçaqlandığı təsvirini yaradir. Bu isə bir zamanlar Azərbaycan ərazisində yerləşən ermənilərin Azərbaycana olan xəyanətini ifadə edir. Xəritədən çıxan “qan” aşağı süzülüb axaraq Xocalı faciəsində amansızca öldürülmüş uşaqların təsvirlərinə çevrilir.

 

Xocalı faciəsini unutmayaq! Unutdurmayaq!