Xalça kompozisiyasının adı: Leyli və Məcnun
Ölçü: 50×70
2021-ci il
Leyli və Məcnun xalça kompozisiyası dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeamasına həsr edilib. Xalça kompozisiyasının tam mərkəz (göl) hissəsində Ying-Yang formasında “Günəş və ay” təsvirləri içində naxışlarla Nizami Gəncəvinin portreti və Lələk qələm yerləşdirilib. Bunun mənası – Ləyli və Məcnun hekayəsini ilk dəfə Nizami Gəncəvinin qələmə alaraq ,işıqlandırmasıdır. İki şam – iki aşiqin ümidinin simvoludur. Şamın sağ tərəfində naxışlarla “Leyli” obrazı, şamın sağ tərəfində isə naxışlardan “Məcnun” obrazi yaranır. Bundan başqa poemada yer alan heyvanların təsvirləri də stilizə olunmuş naxış formasında xalçanın orta hissəsində yerləşdirilib. Künclərdə qılınc və qalxanlar Məcnunun dostunun etdiyi savaşın simvoludur. Qılınc və qalxan və onun ətrafındakı naxışlar biz rənglərdə olarkən, naxışlar mərkəzə yaxınlaşdıqca əlvan rənglər alırlar. Bu da savaşla heçbir gözəlliyin əldə edilməyəcəyi mənası daşıyır. Xalçanın kiçik haşiyəsində “zəncir” formasında olan çiçəklər “bağlılıq” simvoludur. Orta ana haşiyədə isə fonsuz stilizə olunmuş “dəvə” təsvirləri var. Bu dəvələr əks istiqamətdə hərəkət edir və kontrast rənglərdədilər. Bu təsvirlər Leyli və Məcnunun ayrı qəbilədən olduğunu göstərmək üçün “karvan” simvoludur.