İşin adı: İnkişaf

Texnika: qarışıq, kağız

Ölçü: 50×70

2019-cu il

 

Təbiəti müsahidə etməyi çox sevirəm və uşaqkən sarmaşıq gülləri diqqətimi çox çəkirdi.Sarmaşıq çiçəkləri, insanlar kimi, biri ondan daha yüksəyə qalxdığı zaman, onu aşağı çəkməzlər.. Birlik olaraq gövdələrini daha güclü edirlər… Bir birlərinə dəstək verərək, birlikdə inkişaf edirlər.. İstədiyim, inkişafın birlikdə daha gözəl olduğunu xalça komposiziyasında əks etdirmək idi. Bu səbəblə sarmaşıq çiçəklərin inkişafını özümə məxsus formada tasvir etmişdim. Ortadakı göl hissə (yəni mərkəzdəki dairə hissə) yerin simvolu olaraq, ondan çıxan dolaşıq çiçəkləri isə sarmaşıq çiçəklərinin simvoludur. Hər dörd küncdə də isə stilizə olunmuş bulud naxışları yerləşdirmişəm.. Beləcə xalçanın orta hissəsində sarmaşıq çiçəyinin yerdən buludlara (yüksǝyǝ) doğru inkişafını təsvir etmişdim. Xalçanın haşiyə hissəsini isə -ana haşiyədə kətəbə-gölbəndlik , bala  haşiyələrinin birində yenə sarmaşıq tipli çiçək ornamenti, diger bala haşiyədə isə islimi və çiçək ornamentləri ilə tamamlamışdır.