Kafiyə
ADI; İYERARXİYA

TEXNİKA ; Kətan, akril boya

Ölçü ; 120×100(üçbucağın hər tərəfi -120 sm)

Bu iş cəmiyyət tərəfindən qadınlara qarşı qurulmuş iyerarxiyaları özündə təcəssüm etdirir. 

              ” İndiyədək məlum olan bütün insan cəmiyyətlərinin demək olar ki, hamısında böyük əhəmiyyət daşıyan iyerarxiya -cinsiyyət iyerarxiyasıdır” Yuval Noah Harari. 

 

Pramida formalı əsərin böyük hissəsini partriarxat iyerarxiya sistemi təşkil edir. Pramidanın 3 küncündə yerləşən və 3 kişi motivi ilə kiçik pramida  yaradan bu antropomorf naxışlar patriarxatı özündə əks etdirir. Patriarxat pramidasının tam mərkəzində kiçik üçbucaq formalı pencərənin arxasında qadın motivi yerləşir və onun çevrəsindəki əlini belinin arxasında tutmuş 3 kişi motivi  ilk baxışdan sanki o qadınını qoruyurmuş kimi görsənir. Lakin, əlini belini arxasına tutan bu duruş əslində bədən dilində üstünlük göstərişidir.Vəzifəli insanları və ya sadəcə bir yerdə özünü digər insanlardan üstün hesab edən insnlar bu bədən dilini bilməsələr belə bu duruşu alırlar. Bu motivlərin üz cizgilərini yaradan “ S” formalı naxışlar Qarabağ xalçalarında geniş istifadə edilən “əjdaha” ornamentidir və bu naxışın mənası güclülük və qoruyuculuqdur. Lakin kişi motivlərinin üz cizgilərinə diqqət edildikdə bu naxışların onların üzündə məmnuyətsiklik hissi yaratdığını asanlıqla seçmək olar. Çünki, kişilər qadınlardan yalnız fiziki cəhətdən güclü olsalarda , cəmmiyət tərəfdən bu mövzuda onlara çox məna yüklənilir və beləcə bu ptriarxat sisteminin içindəki kişilər belə o streotiplərə uyğun yaşamaşa çalışdıqları üçün məmnuyətsiz bir həyat sürürlər. Bu üç kişi motivinin arasında geniş bir üçbucaq boşluğu yaransada qadın motivi o boşluğun içində kişi motivlərindən geriyə doğru uzanan “divarla” əhatəli üçbuçaq pəncərə çərçivəsinin içində yerləşir. Bu divarların üzərində yerləşən romb naxışları – göz simvolu kimi istifadə edilib. Bu da cəmiyyət qınağı ,mentalitetin əsas baxışlarının qadın  üzərində olduğunu göstərir.Bununlada qadının sahəsinin tamamilə pozulduğunu görürük və eləcə kişi motivlərinin üzərinə düşən sarı rəngli işıq qadın motivi yerləşən orta hissəyə düşmürki, buda qadınların kişilerden çox geridə və ya əngəllərlə çevrəsinə divar hörülmüş itaətçi kimi görülməsini özündə ifadə edir. Qadın motivinin üz cizgisinə diqqət edildikdə isə kişi motivlərindən fərqi olaraq heç bir cizginin olmadığını görürük. Çünki, patriarxat bir cəmiyyətdə qadınların kişilərlə müqayisə edilərək daha aşağıda görülməsi azmış kimi, bu sistemin daha kəskin olduğu bölgələrdə qadınların öz həyatları ilə bağlı heç bir qərarı özünün verməsinə icazə verilməməsi və qadınların duyğularını bildirməsinin belə doğru qarşılanmaması bu motivlərin heç bir cizgisiz yaranma səbəbidir.

 

              Patriarxat simvolu olan 3 pramidanın arasında,yəni ümumi çərçivənin tam mjərkəzində- iyerarxiya çevrilən “gözəllik idealizmi” yer alır.  Gözəllik idealizmi tərs çevrili üçbucağın içində yalnız qadın motivləri ilə qurulub. Yuxarı hissədə 2 bir-birinə bənzər qadın siması onların arsında isə başı taclı kiçik bir qadın motivi var. Bu taclı qadın motivi gözəllik ikonudur və bu motiv gözəllik streotiplərinə uyğun formada həndəsi naxışla qurulub. Gözəllik idealizmi coğrafiyadan və tarixdən asılı olaraq tez-tez dəyişən lakin,çox insanı  öz streotiplərinin “mükəməlliyinə” inandıran illuziyadır. Bu illuziyanı ifadə etmək üçün tac və bədən hissədə içəriyə doğru qıvrılmış spiral  naxış var. Təəssüf ki, bütün dünyada qadınların əksəriyyəti bu illluziyanın təsiri ilə özlərinə “işkəncə” verirlər -çətin nəfəs alma bahasına çox kiçik burunlar, iri dodaqlar, iti uclu çənə, geniş ənlik sümüyü , 90 x60 bədəninə sahib olmaq üçün ağrılı əməlyatlar və s. . Nəticədə isə birbirinə ekiz kimi bənzəyən və əsl təbii gözəlliyini itirmiş qadınlar özlərini illuziyanın qurbanına çevirərək dəyərli və özgüvnli hiss etməyə çalışırlar- yuxarı hissədə təsvir edilmiş “ekiz” iki qadın motivləri tam olaraq bunu özündə təcəssüm etdirir. Onların üzləri ikona doğru əyilmiş vəziyyətdədir ki, bu onların gözəllik idealizminə itaət etdiklərini göstərir və üzlərindəki romb naxışlı göz simvollarıda onların görünüşünü cəmiyyətin və  inancların təyin etdiyini  və ya yaratdığını göstərir.Onlardan aşağıda isə həmin qadın motivləri ilə müqayisdə kiçik və üz cizgilərindən hiss olunduğu kimi özgüvənsiz ama bənzəri olmayan bir qız motivi yer alır. Bu qız motivi  gözəllik idealizminə və ya o streotiplərin gerçəkliyinə inanan bir obraz olduğu üçün  bu iyerarxiyanın bir hissəsinə çevrilib və stereotipləri uyğun olmadığı üçün digər motivlərdən daha aşağıda yer alıb.

 

              Ümumi olaraq genderindən aslı olmayaraq özünü qarşı cinslə müqayisə etməyən insanlar bu patriarxatda yer almır. Eləcə öz dəyərini, özgüvənini cismi gözəllik və streotiplərə uyğunluqla qazanmağa çalışmayan qadınlar gözəllik iyerarxiyasının içində yer almır. Çünki, insan özünü bir başqası ilə müqayisə etmədikdə iyerarxiyadan azad olur. İyerarxiya və ya çərçivələr sadecə fikirlərdən ibarətdir.Yalnız “baxmaq” deyil anlamaq üçün “görməkdə” lazımdır. Bu səbəblə, pramida formalı əsərin içində yer alan heç bir motivin gözləri açıq təsvir edilməyib.