EYVAZOVA
Adı-Rəssam

Xalça kompozisyasının ölçüsü – (70 x 110) sm.

Sıxlığı – (50 x50)  xovlu xalça  

2022

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş xalça komposizyasıdır . Bu xalça komposizyasını stilizə olunmuş dinamik insan bədəni şəklində yaratmışam. Bu “insanın ” baş hissəsi palitra, bədən hissəsi isə adi dörd künc xalça şəklində təsvir edilmişdir. Burada xalçanın iki yuxarı küncü yuxarıya qaldırılmış və aşılmış əlləri, aşağı iki küncləri isə aralanan ayaq şəklindədir.Bu insan formasında ADMİU-nun 5 fakültəsi müxtəlif hissələrdə stilizə edilmiş elementlərlə təsvir olunmuşdur.

Xalça kompozisyası həndəsi və nəbati ornament üslublarının sintezi ilə qurulmuşdur. Hər iki haşiyə hissəsindəki fiqurlar “təsviri formaların fonsuz təşkili” (ornamentlərin inversiya qanunu) prinsipinə uyğun yaradılmışdır. fon hissə isə göl və künc hissələrdən ibarətdir.

 ADMİU-nun fakültələrində biri Rəssamlıq fakultəsidir. Yaratdığım insan fiqurlu xalçada Rəssamlıq fakültəsinin rəmzi olaraq palitra təsvirindən istifadə etdim və bu palitra eyni zaman “insan fiqurunun” baş hissəsini tamamlayır. Palitra formalı “insan başını” profildən təsvir etdim. Onun oval formasında tutacaq hissəsi insanın gözünü, içəriyə doğru oyuq hissəsi isə ağzını göstərir. Eyni zamanda palitranın yerliyini şaquli zolaqlar təşkil edir, onların üzərində isə fırça və boya təsvirləridə öz yerlərini tapmışdılar. Bu təsvirlər palitranın oval formasında tutacaq hissəsi ilə birlikdə “100 ” rəqəmini yaradır. Bunun mənasi isə yaratdığım xalçanı ADMİU nun 100 illiyinə həsr etməyimdir.

ADMİU nun digər 2 fakültəsi isə öz yerini xalçanın haşiyə hissələrində tapmışdır. Diplom işinin “insan formalı” bədən hissəsi ənənəvi Azərbaycan xalça formasında təqdim olunmuşur. Haşiyə hissəsini iki bala haşiyə və bir ana haşiyə təşkil edir. Bala haşiyələrdə “kinolent” elementi təsvir edərək ,bu elementi Kino və Televiziya(Audiovizual sənətlər) fakültəsinin simvolu olaraq istifadə etmiş oldum.  Ana haşiyədə isə “teatral maskalar” stilizə olunaraq yerləşdirərək- Teatr sənəti fakültəsinin simvolu kimi təsvir etmişəm . Qeyd edim ki, ana haşiyəni üzü gülən və üzü ağlayan teatral  maskalardan birisi yuxarıya, ikincisi isə aşağıya doğru yerləşdirilmişdir.

ADMİU-nun fakültələrindən biri olan Kulturologiya fakültəsini isə “kitab ” simvolundan istifadə edərək xalçanın göl hissəsi kimi təsvir etmişəm. Xalçanın mərkəzində təsvir olunmuş göl stilizə olunmuş kitab təsvirləri şəkilindədir. Gölün sağ və sol tərəfini simmetrik şəklində açıq kitab təsviri, yuxarı və aşağı hissələrinində isə yenədə simmetrik şəklində iki kitab təsviri təsvir olunmuşdurlar. Beləliklə burada altı ədəd kitab təsvir edilmişdir.

Son olaraq ADMİU-nun 5 fakültəsindən biri olan Musiqi sənəti fakültəsinin simvolu olaraq “tar və kamança” təsvirlərindən istifadə etmişəm. Kompozisiyanın aşağı sol küncündə stilizə olunmuş tar, aşağı solunda isə kamança musiqi alətləri təsvir olunmuşdur. Yuxarı künclərdə isə aşağıda olan təsvirlər əks şəklində göstərilmişdir. Orta sahənin yerliyində, cecim xalça növündəki kimi, şaquli zolaqlar təsvir edilib.

 

 

Xovlu xalça 70x110
Rəqəmsal çeşni
Eskiz 50x70