Xalçanın texniki xüsusiyyətləri:

Xalçanın (Komposizyanın) ölçüsü (125×85.5).

Sıxlığı (0.5×0.5).

Hündürlüyü: 2m. 

“Birlik” əsərinin təhlili: Əsərin özünə məxsus formasının, koloritinin, komposizya quruluşunun, istifade edilən matrelların və elementlərin simvolik mənasıyla yanaşı numoroloji mənalarda daşımaqdadır.

Əsərin ağac formasında olması, ailəni və ya) nəsli təmsil edir. Ağacın kökləri “irsimizi” yəni qədimliyi, gövdəsi-“bizləri” yəni bu günümüzü, budaqları isə-“gələcək nəsilləri” ifadə edir. Elə buna görədə, xalça komposizyası, ağacın tam gövdəsini təşkil edir. 

Nar meyvəsi, mənim baxışımda birliyin rəmzidir. Buna görə də, haşiyə hissəsindəki nar ornamenti, xalqı və ya ölkəni təmsil edir. Narın tac hissəsi – dövləti dənələri isə vətandaşlarını ifadə edir. Narlar, haşiyədə bir-birlərinə sıx formada təkrarlanmışdır ki, bu da hər xalqın bir-birinə sıx bağlılığını və birliyini tərənnüm edir. Narların  daxili bəzəyi “xalq mədəniyyəti” anlamını daşıyır. Hər bir xalq özünə məxsus mədəniyyətə sahib olduğu üçün, hər bir narın daxili bir-biri ilə eyni olmayacaq şəkildə, fəqli bəzədilmişdir. “Bir olduğumuz qədər fərqli, fərqli olduğumuz qədər də birik.”

Haşiyənin künclərinə yerləşdirilmiş dörd  nar – ilin fəsillərini təmsil edir. Buna  görədə, hər birinin rəng həlli fəsillərə uyğun olaraq, fərqli verilmişdir.

Ara hissədə Qobustan qaya üstü insan təsvirlərindən birinə bənzər olaraq, həndəsi formaya salınmış, fiqurdan istifadə edilmişdir. Bu fiqur, həm ara sahənin əsas ornamentini, həmdə onun fonunu təşkil edir. Fondakı insan fiqurunun rəngi, qədim rəssamın qaya üstündə çəkdiyi rəsmi xatırlatması üçün, qaya rənginə yaxın rəngdə verilmişdir. Beləliklə, insan fiqurlarını, dünənin və bu günün rəssamının “insan” təsəvvürlərini fərqləndirərək, təsvir etməyə çalışmışam. Bu günün rəssamı olaraq, insanların daxilini üç rənglə təsvir etməyimin səbəbi, bu rənglərin mənim üçün mücərrəd məna kəsb etməsidir: qırmızı rəng – mübarizlik, ağ rəng – elm, savad,  mavi rəng – incəsənət. Bu mənalar, rənglərə münasibətdə mənim subyektiv yanaşmamdır.

            Elm, insan zehnini, fikirlərini aydınlatdığı üçün, simvolik işıq və aydınlıq rəngi olan ağ rəng olaraq, qeyd etmişəm. Elm, inkişaf yolumuzda qarşılaşdığımız bağlı qapıların açarıdır.

            Mavi rəng, psixoloji olaraq, dincəldici rəngdir. İncəsənətlə məşğul olmaq, insan ruhunu mavi rəng  kimi, dincəldir. Səmanın və dənizin mavisi kimi, insanı üzaqlardakı xəyallarına, öz içindəki dərinliyə aparır. Ədəbiyyatda hərflərlə, rəngkarlıqda boyalarla, musiqidə notlarla, sənatkarın daxilini dünyasını ifadə edir.

“Birlik” əsərinin təhlili: Əsərin özünə məxsus formasının, koloritinin, komposizya quruluşunun, istifade edilən matrelların və elementlərin simvolik mənasıyla yanaşı numoroloji mənalarda daşımaqdadır.

Əsərin ağac formasında olması, ailəni və ya) nəsli təmsil edir. Ağacın kökləri “irsimizi” yəni qədimliyi, gövdəsi-“bizləri” yəni bu günümüzü, budaqları isə-“gələcək nəsilləri” ifadə edir. Elə buna görədə, xalça komposizyası, ağacın tam gövdəsini təşkil edir. 

İncəsənətimizi yaşatmaqla, keçmişimizə sahib çıxa bilərik. Elm ilə isə, gələcəyimizi bir günəş kimi, aydınlata bilərik.

          Hər günümüz və hər anımız, bir mübarizədir. Kimliyimizdən, peşəmizdən, yaşımızdan, cinsimizdən və s. Asılı olmayaraq, keçmişimizi qorumaq, gələcəyə addımlamaq və hər gün birliyimizi yaşatmaq üçün, mübariz olmaq lazımdır.

          Üç rənglə təsvir edilmiş, insan fiqurlarının daxillərindəki rənglər, hər fiqurun daxilində, digəriylə eyni olmayacaq şəkildə, paylanmışdır. Bununun səbəbi, insanların mübarizlik əzmlərinin, svadlarının və istetadlarının bir-birlərindən, fərqli olmasıdır.

İnsanların arasına, kətəbə naxışı salınmışdır. Kətəbənin daxilini təşkil edən, naxış isə, od elementinin stilizə olunmuş  formasıdır. Bu element, odlar yurdunun rəmzidir. Bundan başqa, alov və ya ocaq indiki zamanda da, xüsusən Novruz bayramında, insanları ətrafına toplayan, bir element olaraq, “mehribanlıq”, “istiqanlıq” mənalarını ifadə edir.

          Haşiyə hissədə, künclərə yerləşdirilmiş və fəsilləri təmsil edən narlar ilə birlikdə, narların sayı qırxdır. Rəssam, bu rəqəmlə, “bir ömürü”  ifadə etməyə çalışıb. Bu məna, insan dünyaya gəldikdən sonra və dünyadan köçdüyü zaman, qırxıncı günün önəmi və həmin günün xüsusi qeyd edilməsi ilə əlaqəlidir.

          Ara hissədə, dünənin rəssamının, “insan təsvirini” bir rənglə, bu günün rəssamının “insan təsvirini” isə üç  rənglə qeyd etməkdə, məqsəd bu rəqəmlərdə numoroloji anlam gizlətməkdir. 

          İnsanlar qədimdən bu günə qədər, mübarizə apararaq, yer üzündə yayılıb, çoxalıb. İncəsənət ilə mədəniyyətini, elmlə yaşayış şəraitini, inkişaf etdirib. Beləliklə, keçmişdən bu günə, artım olduğunun qənaətinə gələ bilərik. Bu səbəblə, rəssam, insan təsvirlərindəki rənglərin sayını, onluq say sistemi üzrə, qiymətləndirərək “otuz bir” rəqəmini almağa çalışmışdır: qədim insandaki tək rəng – bir rəqəmini, müasir insandakı üç rəng isə otuz rəqəmini təmsil edir. Müasir insan təsvirlərinin ümumi sayı on ikidir. Bu rəqəm, sadəcə, ilin on iki ayını təmsil etmir. Burada kı, otuz bir və on iki rəqəmləri bir-birləri ilə əlaqəlidir. Bu rəqəmlər, on ikinci ayı və ayın otuz birini, yəni “31 Dekabr – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ”nü təmsil edir. Elə bu səbəblə, “müasir insan” fiqurlarının ən son üçünü, ara hissənin çərçivəsindən çıxardaraq, xalçanın aşağısına – ağacın köklərinə doğru, haşiyənin su hissəsinə qədər, yerləşdirilmişdir. Bu yerləşdirmənin açıqlaması: birlik, sadəcə bir çərçivə daxilində olmur. Yəni, istər ölkə daxili, istər ölkə xarici, irqindindən, dininidən, cinsindən və s. aid olduğu hər hansı bir qrupdan asılı olmayaraq, nümayiş etdirdiyimiz, birlikdir. Həmin insan fiqurların, haşiyənin digər hissələrinin deyil, məhz aşağı künclər arasındakı, haşiyənin üzərinə çıxmış formada, yerləşdirməkdə rəssamın məqsədi:  “birlik anlayışı, köklərimizə bağlıdır” və irsimizdən bizə bir miras olduğunu, bildirməyə çalışmaq olmuşdur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çeşni