əsərin adı; EŞQİN NURU
ölçü; 150 dpi (10000×7000 px)
rəqəmsal incəsənət. 2023
Eşqin Nuru
“Eşqin Nuru”adlı xalça komposizyamı dahi mütəfəkkir şair Nizami Gəncəvinin “Xəmsə”-sinin 3- cü poeması olan “ Leyli və Məcnun” poemasına həsr etmişəm. Əsərin adı 2 mənalıdır; həm şifahi dastanı ilk dəfə qələmə alıb öz orjinal poeması ilə işıqlandıran Nizami Gəncəvini, həmdə bu məhəbbət əfsanəsini öz daxili dünyası ilə zənginləşdib, eşqin və ya məhəbbətin əslində arzu,ehtiras, qərəz, kimi hisslər deyil , dostluq,vəfa,sədaqət kimi vurğulayaraq ,yaratdığı obrazlarda təqdim etdiyi üçün bu adı eşqin dünyəvi arzulardan ayrılmış ən təmiz halı mənasında nəzərdə tutmuşam.
“Saf eşqin nurlu bir güzgüsü vardır, Eşqin hesabından şəhvət kənardır.
Qərəzli bir sevda yaşamaz, inan!
Eşq ilə qərəzi bir tutmaz insan.”
“Əgər məhəbbətdə olmasa ismət,
O şəhvət hissidir, deyil məhəbbət!”
N. G.
Xalça komposizyamda bu dastanı xalçanın mərkəzində başladıb son haşiyəsində bitirmişəm;
Xalçanın tam mərkəzi, göl hissəsində Nizami Gəncəvinin islimi naxışlarla sürreal portretini və onun lələkdən olan qələmini görə bilərsiniz. Bu göl hissə(yəni mərkəzdəki dairə) Yin-Yanq formasında 2 yerə ayrılıb: biri günəş, digəri isə aydı. Bu günəş və ay həm onun yaratdığı 2 aşiqi həmdə onun özünü təmsil edir. Yuxarıda qeyd etmişdimki, bu şifahi dastanı ilk qələmə alan Nizami Gəncəvi olmuşdur və birdə qeyd etmişdi ki bu dastan mərkəz hissədən başlayır. Elə bu səbəblə, günəş və ayın daxilində Nizami Gəncəvinin portretini lələkdən qələm ilə birlikdə təsvir etməkdə məqsədim bu şifahi dastanı ilk dəfə öz qələmi ilə onun işıqlandırmasını və” Leyli və məcnun adlanan Qeysdə öz daxili dünyasını əks etdirib günəş və ay kimi nurlandırmasını” ifadə etmək idi.
Səxavət buludu yağsın aləmə,
Bütün vücudları gətirsin dəmə.
Mey kimi tökülsün müzayiqəsiz,
Gül kimi açılıb, gülsün pərdəsiz.
Parlasın aləmdə bir Günəş qədər,
Ondan işıq alsın sonsuz üfüqlər.
N.G. Leyli və Məcnun “ hikmət və moizə haqqında” dan bir parça
Yin-Yanqın ay hissəsində lələkdən qələmin rəngini sarı tonlarda verərək ona aypara görnüşü qatmağa çalışdım. Leyli poemada tez-tez “ay parçası,Aypara və ya ay” olaraq adlanır , ona görədə burada ayı təmsil edən- Leyli , günəşi təmsil edən isə -Qeysdir.
Mən Ayam, sən də bir Günəşsən, inan,
Mən səndən alıram işığı hər an.
(Leylinin məktubunu Məcnunun oxuması)
Qeyd edimki , iki aşiq özünü qaranlıqda qalmış adlandırır. Buna görədə naxışlar tünd göy fonda ,sanki mərkəzdəki ay və günəş birdə yuxarı və aşağıda yerləşən iki şam bütün xalçanı işıqlandırırmış kimi təsvir etmişəm. Xalçada çəkdiyim hər ornament(insan,heyvan,çiçəklər,qılınc qalxan fiquları) sırf təxəyyülünün məhsuludur. Bir tək şamı baxaraq elə gördüyüm kimi təsvir etmişəm. Yalnız bir fərq var;tamam qaranlıqda bir şam yandıraraq ,onu izlərkən eynəyimi çıxardıb saf asiqmatizm gözlərim ilə seyr edib sonrada gördüklərimi təsvir etmişəm. Elə buna görədə orta hissədə kölgə işıq işlətdiyim hər hissəni səliqə ilə etməyə çalışsam da bu şamlar olduqca qarışıqdı. Beləcə siz tamamən mənim təxəyyülümdən yaranmış xalçaya baxarkən, ümüd və sevgi mənasında təsvir etdiyim şamlara da, mənim yəni bir rəssamın gözündən baxmış olursunuz.
Orta hissədə iki ədəd şam vardır. Bu şamlar iki aşiqin ümüdünü və sevgilərini təmsil edir. Şamın alovundan yaranaraq yüksələn və yayılan islimi ornamentərlərlə təsvir olunmuş alovun qığılcımları və tüstüsü mərkəzdəki günəş və aya yüksəldikcə buludlara çevrilir. Bunu, rənglərə iyerarxik bir düzülüş verərək təsvir etmişəm. Alovdan çıxan isti qığılcımları və tüstü şamın sol tərəfində (günəşin nurunun yayıldığı tərəfdə)Leylinin sürreal portretini yaradır, sağ tərəf(ayın nurunu yaydığı tərəf)də isə tüstü məcnunun sürreal portretini yaradır. Onları tale tamam ayırsada bir araya gətirən ümidləri və sevgiləridir.
Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.
(LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB-SIZLAMASI)
Nizaminin bu poeması sadəcə məhəbbət dastanı deyil, həmdə insanlıq dastanını. Nəsihətnamələr ilə başlayan poemada Leyli və Qeysin obrazında şair insanlığı o qədər gözəl tərənnüm etmişdirki, məni bu poemaya heyran buraxanda elə buxüsusiyyəti olmuşdur.
Nə şəhvət, nə yuxu, nə də ki yemək Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən Eşşəkdə, öküzdə də görə bilərsən.
Təbiət quranda xilqətimizi Başqa səhifədə yazmışdır bizi.
Anlayıb, düşünək hər şeyi gərək, Hər sirri açmaqla hünər göstərək.
Orta hissənin künclərində silah vasitələri var və bunlar poemanın qəhrəmanlarına qarşı çevrilib, bu simvollar poemadakı savaşları ifadə edir; Qeysin çöllərə düşüb, Leyli deyib ağlaması- Leylini dillərə düşürür buna görədə qızın qəbiləsi Məcnunu öldürmək istəyir və eləcə, məcnunun dostu Nofəl Leylinin Qəbiləsinə qarşı müharibə edib qalib gəlsə də, Leylinin atasının hiyləgər sözlərinə aldanıb Məcnuna verdiyi vədi tutmur. Elə buna görədə silahlar 2 qəhrəmanı mühasirəyə almış kimi onlara qarşı təsvir etmişəm.
Şamdan çıxan tüstülər yaranmış portretlərin saçları heyvanlardan obrazlara dönür. Rəngləri iyerarxik bir düzülüşdə olan bu heyvanlar və onların fonunda naxışlar qılıncla qalxanların yaxınlığına yaxınlaşdıqca tünd rənglərdə dumanı xatırladərkən, yuxarıda yerləşən iki buluda yaxınlaşdıqca isə daha əlvan rənglərdə buludları xatırladırlar. Mənə görə silah gücünə sevgi, sədaqət olmaz, elə buna görədə qəhrəmanların saçlarında yaratdığım heyvanların yuxarıdakı buludlara doğru can atması, yuxarı qalxdıqca rənglərinin açılması -azadlığı, saflığı və təmizliyi ifadə edir.; Qeysin və Leylinin insanlıq hissləri çox yüksəkdir. Qeys Nofəlin müharibəsindən sonra yenidən çöllərə düşür və qarşılaşdığı tələyə düşmüş heyvanlara acıyaraq ,silahını,atını onları xilas etmək üçün verir. Onun xilas etdiyi ve qayğısına qaldığı heyvanlar onu sağ ikən və ölümündən sonrada bir ordu kimi ətrafını sararaq insanlardan müdafiə edirlər.
“Mənə dəli dedin, nə haqqın vardır?
Dəli təkəbbürlü dolananlardır.
Mən div bağlayanam, bir div deyiləm, Huri, mələk kimi azadam bu dəm.
Div xisləti deyil, xoşdur xislətim, Dünya şahındandır bu təbiətim, Mənim xasiyyətim xoş olduğundan Yanımda ram olur bu qədər heyvan”.
Xalçanın orta hissəsinin mənasını izah etdim indi isə haşiyələrin sirrini açım: 3 əsas haşiyə var. Orta hissəyə yaxın olan bala haşiyədə bir birinə bağlı sarı güllər var: sarı güllər ayrılığı ifadə edir,onların bir birinə bağlı olması isə aşiqlərin bir birinə bağlılığını və sədaqətini ifadə edir.
Bağla hunutumu o sarı güldən, Ahından səpgilən kafurumu sən!
Şəhidəm, qan rəngli olsun kəfənim, Qoy belə bəzənsin bayramım mənim.
Məni gəlin kimi bəzəyib, yarat, Pərdəmi saxlayan bu torpağa at!
Ondan sonra gələn ana haşiyədə fonsuz naxış olaraq təsvir etdiyim dəvələr yer alıb, bu dəvələr karvan sırası ilə düzülüb(bu əfsanə bir ərəb əfsanəsi olduğu üçün qəbilələri “karvan” ilə simvollaşdırmışam.), bir birinə kontras rənglərdə olan bu dəvələrin düzülüşündən yaranan bu karvanları bütün xalça boyu bir birilərinin əksi istiqamətdə hərəkət edirmiş kimi təsvir etdim. Yolları kəsişsədə bir- birlərinə qarışmayan bu karvanlar Leyli və Məcnunun qəbilələrini ifadə edir. Nə mehriban bir elçilik ilə nə də, müharibə ilə bu iki qəbildən olan ailə birləşmir. Elə bu səbəblə dəvələri fonsuz naxış olaraq eyni yaradıb sadəcə rənglərində ki, kontras ilə fərqləndirmək də məqsədim; insanların bir birilərindən üstünlüyünün olmaması və fərqli olduqları qədər eyni,eyni olduqları qədərdə fərqli olmalarını ifadə etmək idi. Və son olaraq orta hissədən ən uzaqda olan bala haşiyədə digər bala haşiyədəki güllərlə eyni formada olan lakin, rəngi ilə fərqlənən , solğun rəngli bəyaz güllər təsvir etmişəm; bu bəyaz güllər artıq dastanın sonunu; iki aşiqin ölümünü ifadə edir. Onlar yalnız öldükdən sonra bir – birilərinin yanında dəfn olunaraq bir araya gələ bilirlər .