Xalça kompozisiyasının adı: Zəfər

Ölçüsü: 50×70

 

Bu xalça kompozisiyası Azərbaycan ordusunun zəfərindən ilhamlanaraq çəkilib. Xalça kompozisiyasının mərkəzində bir birinin çiynində dayanmış 3 simvolik əsgər təsviri var. Geyimlərindən də bəlli olduğu kimi, ən aşağıda dayanan əsgər 1918-ci illərdə mübarizə aparmış Azərbaycan əsgərlərinin simvolik təsviridir. Onların çiynində dayanmış əsgər 1992-ci illər mübarizə aparmış Azərbaycan əsgərlərinin simvolik təsvirləridir. Nəhayət yuxarıda 1992-ci il əsgərlərinin çiyinlərində dayanmış və “torpağı” əllərində tutmuş 2020-ci il mübarizə aparan əsgərlərin simvolik təsviridir. Bu xalça eskizi – Azərbaycan ordusunun hər zaman mübarizə apardığı və 2020-ci ildə əldə edilmiş “Zəfərin” əslində müxtəlif zamanlarda mübarizə aparmış hər bir Azərbaycan əsgərinin zəfəri olduğu mənasını daşıyır.

Kiçik haşiyələrdə “s” şəkilli ornament Qarabağ xalçalarında istifadə olunan “əjdaha” ornamentidir. Bu naxış qorumaq və mühafizə etmək mənaları daşıyıb. Ana haşiyədə isə “Zəfərin” rəmzi olan Xarıbülbül stilizə olmuş naxışından istifadə edilib.

TEXNİKA-RƏQAMSAL İNCƏSƏNƏT.    2023 ci il
TEXNİKA-RƏQAMSAL İNCƏSƏNƏT.    2023 ci il  TEXNİKA-RƏQAMSAL İNCƏSƏNƏT.    2023 ci il
TEXNİKA-RƏQAMSAL İNCƏSƏNƏT.    2023 ci il
TEXNİKA-RƏQAMSAL İNCƏSƏNƏT.    2023 ci il
TEXNİKA-KAĞIZ.AKVAREL. ÖLÇÜ-50X70    2023 ci il