Adı: Manipulyasiya 

Ölçü: 50×70

Texnika: akril boya, kətan

2024

Bu sənət əsəri rəssamın insan davranışı və psixologiyası ilə bağlı müşahidə və təcrübələrinin əksidir.

 Rəssamın niyyəti, insan davranışının ikili xarakterini və şəxsiyyətin aldadıcı tərəflərini işıqlandırmaqdır.  İlk baxışdan bu, qəmgin bir portret kimi görünür – başı aşağı əyilmiş, gözləri intensiv şəkildə dikilmiş, mürəkkəb naxışlarla alnından tər süzülmüş fiqur.   Lakin, Onu tərsinə çevirdikdə hekayə dramatik şəkildə dəyişir.  Bir vaxtlar melanxoliyanın siması olan şey indi iblisi xatırladan simaya çevrilir. Başını aşağı salmış və sanki gözlərini sizə dikib baxan bu təsvirin alın hissəsində də stilizə olunmuş naxışla tərin axdığı görsənir. Rəssam Obrazda qəmginlik, gərginlik, və çarəsizlik hislərini  vurğulamağa çalışıb. Beləliklə siz sanki çarəsiz halda başına aşağı salmış amma gözlərini sizə dikmiş, sanki kömək istəyən bir obraz görürsünüz. Lakin sənət əsərini tərs çevirdiyiniz də, tam zidd bir obrazla qarşılaşırsınız. Bu obraz sanki şeytanı xatırladır. Az öncə qəmgin baxışlar artıq hiyləgər baxışlara çevrilib. Qəmgin obrazın alın hissəsindəki tər digər obrazın iştahla gülümsəyən ağzından axan ağız suyuna çevrilir və burada istifadə edilən naxışlarında xüsusi mənası vardır. bu obrazın üzünü yaradan paralel dalğalı xətlər üzərində kiçik çıxıntılı naxışlar  “qarmaq” naxışlarıdır. Obrazın bütün üz cizgilərində bu naxışdan istifadə olunub. Bu naxışı istifadə etməkdə məqsəd qarmağın ovlamaq üçün istifadə olunan bir alət olmasıdır. Manupulativ insanlar öz şəxsi mənfəətləri üçün insanları bir növ qarmaqlarına saldıqlarından,  bu əşyanı rəssam stilizə edərək bütün rəsmdə müxtəlif ölçülərdə istifadə edib. Obrazın hər iki halda da gözlərinə diqqətlə baxsanız onun göz gilələrinin çox kiçik olduğunu görəcəksiniz. Rəssam bununla, gözlərin heç vaxt aldada bilməyəcəyinə diqqət çəkməyə çalışıb. Çünki, kiçik göz giləsi bədən dilində nifrət, diksinmə və sevgisizlik mənasına gəlir. Gözlərinin giləsindən çevrəsinə doğru spiral formasında naxışlarda onun  manipulasiyanın simvolik təsviridir.   Gözlərinin ağ hissəsində Azərbaycan xalçalarında rast gəlinən ” buynuz” naxışınıda görə bilərsiniz. Bu naxışın istifadə məqsədidə bu obrazın gözlərinin içində eyni zamanda “üstünlük , liderlik və idarə etmək istəyi” olduğunu ifadə etmək idi. Gözlərində istifadə edilən naxışlar sərt həndəsi olsa da ,bu naxışlar üzündə daha ritmiq ,yumuşaq dalağalı hal alır ki, bu da, bu obrazın gözlərinin içindəki özü ilə üzündəki görünüşünün fərqli olması ,yəni bu obrazın bir “maskaya” büründüyünü ifadə edir.